Uşaqlarda autizm diaqnozu təyin edildikdən sonra nə etməli?

Əvvəlki yazımda qeyd etdiyim əlamətlər  0-18 yaş aralığında uşaqlarda müşahidə olunarsa, bu uşaqlar risk qrupuna daxildir. Valideyin uşağın diqqətini özünə və prosesə cəlb etməli, davamlı ünsiyyət qurmalı, gün rejiminə dəqiq əməl etməlidir. Uşağın tərbiyəsində, inkişafında distiplina və davamlılıq əsas şərtdir. 3 yaşda və ya bir az da erkən diaqnoz qoyularsa nə etməli?

autizm

    Valideynlərə tövsiyələr:

  • Kəskin psixozun (psixi pozulmanın) yaranmasının qarşısını ala biləcək, uşağın inkişafına nəzarət edən etibarlı psixiatr dəstəyi alın.
  • Sizə dəstək olacaq “psixo-pedaqoq”, “loqoped”, korreksiya pedaqoqu” (necə adlandırmağınızın fərqi yoxdur) aparıcı mütəxəssislə birlikdə nəticəyönümlü işlər aparmaq.
  • İNAM. Bu ən əsas maddədir. Autizm zamanı korreksiya işləri uzun və yorucu olur. Bu sizi qorxutmasın. Bir insanın inkişafı və müstəqil formalaşması asan proses deyil. Bunu rəhbər tutaraq həmişə inamlı olun.
  • Vacib olan yanınızda həmişə mütəxəssisin olmasıdır ki, sizi bəzi qeyri-müəyyənliklərdən, çaşqınlıqlardan, lazımsız prosedurlardan çəkindirsin. Düzgün, davamlı idman təlimlərinə, pedaqoji təlimlərə yönəltsin, sizin və uşağın istirahətini təşkil etməyə kömək etsin.
  • Uşağın videolarını çəkmək ( oyun, təlim, yemək zamanı və s.) sonra onunla birlikdə izləyərək müzakirə etmək hər hansı bir cizgi filminə baxmaqdan faydalıdır.
  • Məsləhətdir ki, uşağın otağını vizual olaraq 4 hissəyə ayırasınız:

Usaq resmleri

  • Yaradıcı guşə (rəsm çəkmək və ya musiqi ilə məşğul olmaq üçün vəsaitlər, alətlər)

idman

  • İdman guşəsi (hərəkət edə biləcəyi asılmış və ya divara vurulmuş alətlər)

usaq

  • Sensor guşə (içərisində oyun topları olan kiçik hovuz, kinetik qum, bərk bağlana bilən iri kardon qutu)

oyuncaq

  • Oyun guşəsi (oyuncaq ev, oyuncaq mətvəx, ev və ya vəhşi heyvan fiqurları, oğlan və qızların oynaya biləcəyi neytral oyuncaqlar). Bu guşədə həm də stolüstü və didaktik oyunlar da olmalıdır.

Tövsiyələrə əməl etməklə uşağınızın inkişafını akademik səviyyəyə qaldıra bilərsiniz. Əmin olun!

Günay İsmayılova

“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi

Mənbə: https://gencaile.az/usaqlarda-autizm-diaqnozu-t%c9%99yin-edildikd%c9%99n-sonra-n%c9%99-etm%c9%99li/

You May Also Like

Şüurun inkişaf səviyyəsindən asılı olaraq, yetkin insan uşaqla üz-üzə gəldikdə, üç əsas strategiya ilə reaksiya verir: 1) Yetkin insan uşağın ehtiyaclarına...
1) Ritual nitqdir (sehirli təxəyyülün məhsuludur). 2) Hər zaman psixoloji dəstəyə ehtiyac duyur.   Exolaliyası olan uşaqlarda müxtəlif mərhələlərdə psixoloji sarsıntı və...
Psixoloji və sosial problemləri olan şagirdlər, təhsil mühitində müxtəlif çətinliklərlə üzləşirlər. Bu çətinliklər, onların akademik performansını, sosial münasibətlərini və emosional...